Məşhur balerinin qızı  ABŞ-də ailə qurdu
25 iyun 2023 22:44 (UTC +04:00)

Məşhur balerinin qızı ABŞ-də ailə qurdu

0

Məşhur sovet balerin Mixail Barışnikovun qızı Anna Nyu-Yorkda evlənib.

Lent.az xəbər verir ki, onun qızı toydan görüntüləri instaqram səhifəsində yayımlayıb.

Şənlik qohumların və yaxın dostların əhatəsində məhdud tərkibdə keçirilib.

Bayramda Barışnikov da iştirak edib. 

Anna 1992-ci ildə Barışnikov və balerina Lisa Reynhartın ailəsində anadan olub.

İllinoysda Şimal-Qərb Universitetini bitirdikdən sonra Barışnikovun qızı müxtəlif layihələrdə, o cümlədən Dəniz kənarında Mançester dramında və Dikinson serialında rol alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5559

Oxşar yazılar