Məşhur aparıcının arvadı onun  homoseksual  olduğunu bilərək...
31 may 2023 16:08 (UTC +04:00)

Məşhur aparıcının arvadı onun homoseksual olduğunu bilərək...

61 yaşlı britaniyalı teleaprıcı Filipp Skofil işindən ayrılıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, buna səbəb onun adının sevgi qalmaqalında hallanmasıdır. Evli və 2 övlad atası olan Filipp Skofilin öz həmcinsi olan gənc aparıcılardan biri ilə sevgili olduğu iddia edilib.

Aparıcı əvvəllər bu iddiaları təkzib etsə də, nəhayət təsdiqləməli olub.

Skolfild sevgilisi olan oğlanla onun 15 yaşı olarkən tanış olub. Gəncin 18 yaşı tamam olduqdan sonra, aparıcı onun öz telekanalında işə girməyinə kömək edib.

Skott idda edib ki, həmin gənclə sevgi münasibətləri çox sonralar, yəni o işə düzəldikdən sonra başlayıb.

O bildirib ki, arvadı və qızlarının dəstəyi ilə homoseksual olduğunu dərk edə bilib.

“Mənim üçün çətin günlərdə ailəm əzab çəksə də, mənə dəstək oldu. Bunun üçün onlara minnətdaram. Ailəmdəki xanımların sayəsində homoseksual olduğumu dərk etdim”, - o bildirib.


# 3972
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar