Məşhur aktyor  şərab   istehsal edəcək
27 fevral 2024 12:27 (UTC +04:00)

Məşhur aktyor şərab istehsal edəcək

Hollivud ulduzu Corc Kluni dostu Bred Pittin ardınca şərab istehsalına başlamaq niyyətindədir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Kluni şərabı həyat yoldaşı Amal ilə birlikdə aldığı üzüm bağının məhsulundan istehsal edəcək.

Kluninin yeni mülkündə üzüm bağları, göl, zeytun bağları, üzgüçülük hovuzu və tennis kortu var, bu da onu Fransanın cənubunda ideal istirahət məkanına çevirir. Onun bağı Provansın ən gözəl bağlarından biri hesab olunur.

# 2898
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar