"Aşk-ı Memnu" serialındakı "Firdevs Yöreoğlu" obrazı ilə yadda qalan türkiyəli məşhur aktrisa Nebahat Çehre milyon dollarlıq reklam təklifinə "yox" deyib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 79 yaşlı aktrisa jurnalistlərlə qısa söhbət zamanı uzun müddətdir heç bir layihələdə iştirak etmək istəmədiyini bildirib.
"Dostlar, ağlıma heç nə gəlmir. Hazırda baş verənlər mənə çox gülünc görünür. Çünki mənə uyğun ssenari yoxdur. Layiqli ssenariyə rast gəlməmişəm. Yəni, başqaları kimi təklifləri sırf pul qazanacağam deyə qəbul etmirəm”.
Nebahat Çehreyə 2024-cü ildə satışa çıxarılması planlaşdırılan evlərin reklam siması olmaq üçün tikinti şirkəti tərəfindən təklif edilib:
“Mənə 10 milyon dollar və mənzil təklif etdilər. Lakin bu təklifi qəbul etmədim. Son zəlzələdə yüzlərlə ev minlərlə insanın məzarına çevrildi. Bəs reklam etdiyim evlər də uçsa? Mən darmadağın olaram. Pul hər şey deyil".