Hollivud ulduzu Şannen Doherti ərindən boşanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı aktrisa Şennen Doherti ayrılığa səbəbin əri Kurt İsvarinko ilə arasında inamsızlığın olduğunu bildirib.
Şannen Doherti ərinin iki il başqa bir qadınla münasibətdə olduğunu öyrənib. Həmin ərəfələr aktrisa xərçəng xəstəsi idi:
"Səhər tezdən əməliyyata getdim və ərimin iki ildir başqa bir qadınla münasibətdə olduğunu eşidəndən sonra bildim ki, evliliyim bitib. Həqiqəti öyrənmək üçün ərimin məşuqəsi ilə görüşdüm”.
Qeyd edək ki, məşhur cütlüyün evliliyi 14 il çəkib.