Berrak Tüzünataç ötən gün bir alış-veriş mərkəzində kameralara tuş gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alış-verişini tez başa vuran gözəl aktrisaya xarici pərəstişkarları böyük maraq göstərib.
Pərəstişkarlarının foto çəkdirmək istəyini rədd etməyən Tüzünataç səmimiliyi ilə bəyənilib.
Alış-veriş turunu qısa müddətdə təkbaşına başa vuran və əhvalının yaxşı olduğu müşahidə edilən 37 yaşlı aktrisa qara yay libası və təbii gözəlliyi ilə diqqətdən yayınmayıb.