Mehmet Ali Erbil üçün 3 il  həbs tələbi:   Onun aylıq gəliri  dəhşətə gətirdi
26 fevral 2025 17:05 (UTC +04:00)

Mehmet Ali Erbil üçün 3 il həbs tələbi: Onun aylıq gəliri dəhşətə gətirdi

Mehmet Ali Erbilin qanunsuz mərc oyunlarına təşviq etdiyi iddiası ilə məhkəmə qarşısına çıxdığı işdə prokurorluq rəyini açıqlayıb. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, prokurorluq Erbilin 3 ilə qədər həbs cəzası verilməsini tələb edib. Məhkəmə Erbil üçün tətbiq edilən "imza atma" şəklindəki məhkəmə nəzarəti tədbirinin ləğv olunmasına qərar verib. Məşhur şoumen isə aylıq gəlirinin 300-400 min lirə olduğunu açıqlayıb.

Daha sonra müdafiə çıxışı edən Erbil deyib: "Bir otelin açılışı üçün Maltaya dəvət olunduq. Serdar Ortaç ilə birlikdə getdik, amma bizi başqa bir hadisənin içinə çəkməyə çalışdılar. Bir saytın canlı yayımına daxil etməyə çalışdılar. Bizə bir köynək verib geyinməyimizi istədilər ki, reklam olsun, amma geyinmədik. Mən videoda açıq-aşkar “qanunsuz mərc oynaya bilmərəm, siz də oynamayın” dedim.

Əgər bu bir reklam olsaydı, belə bir söz deməzdim. Biz oraya reklam üçün deyil, açılış üçün getmişdik. Bu, karyera və ya yaşla bağlı bir şey deyil, hətta böyük professorlar da aldadılır. Bizim də basirətimiz bağlandı. Belə bir utancverici cinayətlə bağlı burada olmaqdan utanıram".

Serdar Ortaç məhkəmədə şahid qismində dindirilib. O ifadəsində deyib: "Maltaya getdikdən sonra bizə yemək verəcəklərini dedilər və süfrə açıldı. Sonra masa arxasında müsahibə verməyə başladıq, hər şey yaxşı gedirdi, amma bir anda mövzu qumara çevrildi. Daha sonra köynək geyindiklərini gördük. Bizə də pul təklif etdilər ki, köynək geyinin. Biz isə dərhal oradan qaçdıq. Peşman olduq, amma artıq çox gec idi. Səhər ilk uçuşla geri döndük".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar