Dünən sosial şəbəkələrdə bir – biri ilə “müharibəyə” başlamış müğənni Pünhan Piriyev və aşıq Mübarizi müğənni Manaf Ağayev barışdırıb.
Lent.az-ın xəbərinə görə, tərəfləri bir araya gətirən Manaf Ağayev onları öpüşüb qucaqlaşmağı təklif edib.
“Dostlar arasında səhv-düz söhbəti olmaz. Gəlin səhv axtarmayaq. Bir iş idi, oldu keçdi, görüşün, barışın”,- deyib.
Pünhan Piriyev “mən də səhv etdim, o da deyərək” qarşı tərəfə əl uzadıb.
Qeyd edək ki, Pünhan Piriyev dünən aşıq Mübarizlə bağlı Daxili İşlər Nazirliyinə şikayət ərizəsi vermişdi.