Amerikalı aktrisa Amanda Bayns polis tərəfindən saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadla bildirdiyinə görə, məlumdur ki, məşhurun özü də problem içində olan qadın barədə məlumat vermək üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Zəng yerinə gələn polis ulduzu bölməyə aparıb. Həmçinin qərara alınıb ki, Amandanın məcburi psixiatrik saxlanmaya ehtiyacı var - qanuna görə, o, 72 saata qədər saxlanıla bilər.
O, bu il ikinci dəfədir ki, ruhi xəstəxanaya yerləşdirilir. İlk insident mart ayında onun Los-Ancelesin mərkəzində küçələrdə çılpaq vəziyyətdə tapıldığı zaman baş verib. Daha sonra 36 yaşlı aktrisa yoldan keçən avtomobili saxlayıb və sürücüyə psixotik tutma keçirdiyini deyib, daha sonra 911-ə zəng edib.