Konsert zamanı az qalsın boğulsun
20 iyun 2023 14:24 (UTC +04:00)

Konsert zamanı az qalsın boğulsun

0

Dünyaca məşhur britaniyalı müğənni Robbi Uilyams hava çatışmazlığı səbəbindən konserti yarımçıq dayandırmaq məcburiyyətində qalıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 49 yaşlı musiqiçi “Monsoon” mahnısını oxumazdan əvvəl qrupundan fasilə istəyib və “dayan” dedikdən sonra sinəsinə daha çox hava çəkməyə çalışaraq ağır nəfəs almağa başlayıb.

İfaçı tamaşaçılara bunun yaşına görə deyil, uzun müddətdir xəstə olduğu koronavirusa görə baş verdiyini izah edib.

Müğənni tamaşaçılara müraciət edərək, "Yaşla bağlı deyil. Mən uzun müddətdir ki, COVID-19 keçirmişəm".

Qısa fasilədən sonra Robbi mahnını yenidən oxumağa başlayıb və Rock DJ, Kids və Angels daxil olmaqla daha 16 hit ifa edib.

Qeyd edək ki, Robbi Uilyams iki dəfə - 2020-ci ilin aprelində Los-Ancelesdə evdə olarkən və 2021-ci ilin yanvarında həyat yoldaşı və dörd uşağı ilə Karib dənizindəki Sent-Barts adasında istirahət edərkən COVID-19-a yoluxub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2775

Oxşar yazılar