Baş rolunu Kıvanç Tatlıtuğun canlandıracağı "Kral kaybederse" serialının yayım tarixi bəlli olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, serial yeni mövsümdə "Star" telekanalında yayımlanacaq. Serial türkiyəli yazıçı və psixoloq Gülseren Budayıcıoğlunun kitablarından birinin motivləri əsasında lentə alınacaq.
Qeyd edək ki, ekran işində Kıvançla Beren Saatın tərəf müqabili olacağı deyilir. Onlar sonuncu dəfə 12 il əvvəl “Aşkı-ı Memnu” serialında birlikdə çəkilmişdilər.