Keçmiş əri  7-ci dəfə   ATA oldu
21 iyun 2023 13:48 (UTC +04:00)

Keçmiş əri 7-ci dəfə ATA oldu

0

Amerikalı müğənni Mark Entoni və həyat yoldaşı model Nadya Ferreyra valideyn olublar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Mark Entoni yaxşı xəbəri şəxsi bloqunun abunəçiləri ilə bölüşüb: 54 yaşlı müğənni yeni doğulmuş körpəni və həyat yoldaşının əlini tutduğu şəklini yayımlayıb. Körpənin adını və cinsini açıqlamayan musiqiçi yalnız körpənin iyunun 18-də, bir çox ölkədə Atalar Gününün qeyd edildiyi gün doğulduğunu bildirib.

“Allahın vaxtı həmişə mükəmməldir. Atalar Gününüz mübarək”, - Mark Entoni şəklin altına yazıb.

Uşağın anası Mark Entoninin 2023-cü ilin əvvəlində evləndiyi 24 yaşlı model, "Miss Paraqvay" titulunun qalibi Nadya Ferreyra olub. Nadiya üçün bu uşaq birinci, Mark üçün isə yeddincidir.

90-cı illərin sonlarında Entoni qızı Ariana və oğlu Çeysi dünyaya gətirən polis məmuru Debbi Rosado ilə görüşüb. 2000-2002-ci illərdə müğənni Puerto-rikolu model, aktrisa və 1993-cü ildə "Kainat gözəli" titulunun sahibi Dayanara Torres ilə evlənib və ondan Kristian və Rayan adlı iki oğlu dünyaya gəlib.

2004-cü ildə Entoni müğənni və aktrisa Cennifer Lopezlə evlənib və 2008-ci ildə Emma və Maksimilian adlı əkiz uşaqları dünyaya gəlib.

Onların evliliyi 10 il çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2635

Oxşar yazılar