“Karib dənizinin quldur”u   həbs olundu
21 fevral 2024 13:06 (UTC +04:00)

“Karib dənizinin quldur”u həbs olundu

“Karib dənizinin quldurları”, “Agent Hamilton: Millətin maraqları”, “Kəllə ovçusu” filmləri ilə tanınan britaniyalı aktyor Kevin Mak Nalli məişət zorakılığında ittiham edilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 67 yaşlı aktyor bədən xəsarəti yetirmək və zorakılıq ittihamı ilə saxlanılıb. Hüquq-mühafizə orqanları onun ehtimal edilən qurbanının adını və ya başqa təfərrüatları açıqlamayıb.

Maraqlıdır ki, Mak Nallinin həyat yoldaşı, aktrisa Fillis Loqan onun günahkar olmadığını bildirib.

# 2655
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar