2011-ci ildə başından aldığı güllə yarasından sonra heç kim onun bir daha mahnı oxuyacağını düşünmürdü. İbrahim Tatlısəs isə inadına həm həyatda qaldı, həm də səhnədə.
Lent.az-ın xəbərinə görə, müğənni dünən Bodrum Yalıvakda verdiyi konsertdə tezliklə yeni bir albomunun çıxacağından danışıb.
O, alboma bir neçə yeni mahnı yazdırdığını söyləyib.
Tamaşaçılarla ürək sözlərini paylaşan İmperator deyib: “İşləməsəm paslanıram, iş mənim üçün çox önəmlidir. Çiyərim pas tutar, pas sevmirəm. Ətrafımdakı insanlar mənim hər şeyimdir, onlar üçün ölərəm”.