“Gangnam Style”ın ifaçısı  ilə bağlı istintaq başladı
28 avqust 2025 18:35 (UTC +04:00)

“Gangnam Style”ın ifaçısı ilə bağlı istintaq başladı

Cənubi Koreya polisi əsasən “Gangnam Style” hiti ilə tanınan müğənni Psy-a qarşı istintaqa başlayıb. Hüquq-mühafizə orqanlarının şübhəsinə görə, əsl adı Pak Çe San olan müğənni tanış həkimin köməyi ilə şəxsən müayinə olunmadan narkotik tərkibli preparatların yazıldığı reseptlər əldə edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Psy, eləcə də onun meneceri və digər vasitəçilər müğənninin adından 2022-ci ildən indiyə qədər Seuldakı universitet xəstəxanasında həkim qəbulunda iştirak etmədən narkotik tərkibli dərmanlara reseptlər alıblar.

Polis xəstəxanada axtarış aparıb və müğənninin tibbi sənədlərini yoxlayıb. İndi isə istintaqçılar Psy-ni dindirmə ehtimalını nəzərdən keçirirlər.

Həmçinin reseptləri yazan həkimə qarşı da araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar