Dünya çempionatı həyəcanına çox az qalıb. İyunun 11-də Meksikada başlayacaq futbol bayramı, iyulun 19-da Nyu-York Nyu-Cersi stadionunda keçiriləcək böyük finalla başa çatacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tarixdə ilk dəfə 48 ölkənin mübarizə aparacağı turnir 39 gün davam edəcək və futbolsevərlər ümumilikdə 104 həyəcan dolu qarşılaşmaya şahidlik edəcəklər.
Dünya çempionatı yaxınlaşdıqca nəhəng turnirin rəsmi mahnısı da bəlli olub. 2026-cı il Dünya çempionatını rəsmi mahnısı Şakira və Burna Boy tərəfindən səsləndirilən "Dai Dai" oldu.
Şakira və Burna Boyun ifa etdiyi 2026 FİFA Dünya çempionatının rəsmi mahnısı "Dai Dai" mayın 14-də işıq üzü görəcək.
Şakiranın sosial media hesabından etdiyi açıqlama belədir:
"Marakana stadionundan, budur Dünya çempionatının rəsmi mahnısı 'Dai Dai'. Mayın 14-də gəlir. Hazırıq!"