Sevgilisi Ayça Çağla Altunkayanı heç tək buraxmayan Acun Ilıcalı münasibəti ilə bağlı səmimi etiraflar edib.
Lent.az xəbər verir ki, məşhur aparıcı Sibel Arnanın "Youtube"da yayımlanan "Nə olursan ol, Rahat ol" verilişinin qonağı olub.
Ilıcalı, “Çox xoşbəxt bir münasibətim var. Çağla ilə kiçik və məsum dünyamda çox xoşbəxtəm. Elə bu dünya da mənə çox rahatlıq verir”, deyib.
Aparıcı keçmiş səhvlərindən də danışıb:
“Keçmiş münasibətlərdə çox da uğurlu ola bilmədim. Ancaq onlardan dərs çıxarmağa səy göstərirəm və bunu etməyə davam edəcəyəm”.
Qeyd edək ki, Acun Ilıcalı Şeyma Subaşı ilə ayrıldıqdan sonra özündən 30 yaş kiçik Ayça Çağla ilə münasibətə başlayıb.