Aktrisa Sevda Erginc yaxın zamanlarda nikah masasına əyləşəcəyi gözlənilən həmkarı Yılmaz Kuntla ayrılıb.
Lent.az xəbər verir ki, Yılmazın başqa qadınla mesajlaşdığı ortaya çıxdıqdan sonra cütlük sosial şəbəkədə bir-birini izləmədən çıxarıb.
Bunun ardından aktrisa oxuduğu kitabdan iki səhifəni İnstaqram hesabında paylaşaraq "xəyanət və inciklik" mesajlarını Yılmaza ünvanlayıb.
Qeyd edək ki, aktyor Yılmazın Sevda ilə nişanlı olduğu halda vəkil Seray Öztürklə yazışıb görüşmək istədiyi aşkarlanıb./axşam.az