Aktrisa Miray Daner həmkarı və sevgilisi Kubilay Akadan xəyanət iddiaları ilə ayrıldıqdan sonra dünən ilk dəfə qala gecəsində üz-üzə gəliblər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, cütlük heç nə olmamış kimi salamlaşsa da, sonra bir-birləri ilə ünsiyyət qurmayıblar. Jurnalistlərin suallarını cavablandıran Kubilay Mirayı görməkdən məmnun olduğunu bildirib.
“Biz iki mədəni insan kimi ayrılmışıq. Belə tədbirlərdə qarşılaşmağımız normal haldır. Özəl həyatımda xoşbəxtəm və heç bir şey üçün peşman deyiləm”,- deyən aktyor bildirib ki, birlikdə eyni layihədə rol almaq təklifi gələrsə bu barədə düşünəcək.