SSRİ-nin xalq artisti Alla Puqaçova İsraildən qaçandan sonra övladları ilə ünsiyyətini kəsib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Puqaçovanın ətrafı onun Kiprdəki 2,5 milyon avro dəyərində villasına köçdüyünü düşünür. Bəzi mənbələrdə isə məşhur müğənninin uşaqları Liza və Harri ilə birlikdə ABŞ-a getdiyini və burada okean ətrafında yerləşən mənzilində qaldığığını iddia edir.
Qeyd edək ki, Alla Puqaçova oktyabrın 23-dən etibarən İsraili tərk edib.