Xalq artisti Cavan Zeynallı şəxsi həyatı ilə bağlı etiraf edib.
Lent.az axşam.az-a istinadla xəbər verir ki, müğənni "5/5" verilişində bir övladı olduğunu söyləyib. O bildirib ki, 1972-cı ildə Rusiyada ailə qurub və orada uşağı olub:
"5 il Moskvada yaşamışam və orada ailəli olmuşam. Həmin xanımdan bir qızım var. İndi onlar Finlandiyaya köçüblər. Röya xanımla (hazırki həyat yoldaşı - red.) övladımız yoxdur. Həmin qadın rus generalla ailə qurdu. O da Finlandiya sərhəddinin böyüyü idi. Telefonla danışırıq, Bakıya gələcəklər. Röya da çox istəyir, deyir, gəlsinlər".