Röya və Natavan arasında imic qalmaqalı - FOTOLENT
02 may 2020 17:44 (UTC +04:00)

Röya və Natavan arasında imic qalmaqalı - FOTOLENT

Xalq artisti Röya Ayxanın yeni imici qalmaqala səbəb olub.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, onun uzunsaçlı obrazı həmkarı Natavan Həbibinin yeni klipindəki görüntüsü ilə eyniləşdirilib.

Sosial şəbəkə istifadəçiləri Natavanı Röyanı təkrarlamaqda günahlandırıb.

Müğənni isə bu imicdə Röyadan öncə olduğunu sübut etmək üçün İnstaqramın “Story” bölməsində paylaşımlar edib. Natavan bölüşdüyü videolarla ötən ay klip çəkilişləri zamanı bu görüntüdə olduğunu qeyd edib.

Sənətçi daha sonra Röyanın yeni fotosessiyası zamanı onun imici üzərində çalışan Anar Ağakişiyevi işarələyərək “Səidə Sultanın geyim obrazından danış mənə. Anar, sən oynayırsan? Başqa nə var, nə yox?” deyə, yazıb.

Natavan “2010-cu il, “OK” jurnalının üz qabığında” adlı paylaşımı da “repost” edərək bu imicinin illər öncəyə dayandığını bildirib.

Röya isə fotosessiyadan daha bir paylaşım edərək “Bir üzü ağarıb guya…” sözləri ilə qarşılıq verib.

Qeyd edək ki, bir müddətdir sənətçilər arasında qalmaqal yaşanır. N.Həbibi iki ay öncə “Söhbətsiz” proqramında Röyanı onun həyatını məhv etməkdə günahlandırmışdı. Röya isə ifaçını “bədbəxt” adlandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9815
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07