Müğənni birbaşa efirdə qatarın altında qaldı - VİDEO
20 avqust 2020 10:38 (UTC +04:00)

Müğənni birbaşa efirdə qatarın altında qaldı - VİDEO

Rumıniyalı müğənni Tavi Pustiu birbaşa efirdə qatarın altında qalaraq ölüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 29 yaşlı pop ifaçısı həyat yoldaşı ilə Ford Fiesta maşını ilə gedərkən özünü kamera ilə çəkib. O, həmin vaxt siqaret çəkib və musiqi dinləyib. Qəflətən qatarın onu vuracağını görsə də, faciədən canını qurtara bilməyib.

Polisdən verilən məlumata görə, müğənni hadisə yerində ölüb, 24 yaşlı həyat yoldaşı çoxsaylı xəsarətlər alıb. Hazırda xəstəxanada olan qadının vəziyyətinin çox ağır olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6352
avatar

Oxşar yazılar