40 yaşlı tanınmış model Viktoriya Bonyanın koronavirus barədə yazdığı sözlər ciddi müzakirəyə səbəb olub.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, model paylaşımında bu sözləri yazıb:
“Çox üzgünəm, bunu paylaşmaq məcburiyyətindəyəm. Hamımızın yaxşılığı üçün bu sözləri yazmalıyam. Planetimiz məhv oldu. Mən planeti itirməkdənsə, insanların yarısını itirməyi məsləhət verərdim”.
Onun bu sözləri müzakirəyə səbəb olub. Bir çox izləyici modelə “Sənin yaxınların bu virusa yoluxsa, heç belə deməzdin”, - şərhini yazıb.