Türkiyə musiqisinin ulduzlarından Hadisənin bibisi rəhmətə gedib.
Lent.az xəbər verir ki, bu barədə hisslərini müğənni öz Instagram səhifəsində izləyiciləri ilə bölüşüb.
“Bibim mənə ikinci ana olub. Bu qorxunc günlərdə yaxınlarımızın ölümü çox ağırdır. Virus ucbatından uçuşlar təxirə salındığından bibimlə vidalaşmağa gedə bilmədim. Bu hiss məni məhv edir. Məkanı cənnət olsun”.