"İstəyərəm ki, bir az da evdə çox qalaq. Sənətimlə daha çox məşğul olum. Toylar bundan sonra onlayn keçirilsin".
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "7 canlı" verilişində deyib. Müğənni karantin günlərində sənəti ilə daha yaxşı məşğul olduğunu deyib.
Seyidcahan hətta bir müddət əvvəl nişanlanan müğənni Sevda Yahyayevaya da məsləhət verib:
"Sevda Yahyayevanın toyunu da onlayn edək. Bu da tarixə düşsün".
Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə nişanlanıb.