Məşhur və qalmaqallı amerikalı müğənni Madonna “American Life” mahnısına klip çəkdirib. Bu video yeni deyil, lakin 20 ilə yaxındır ki, qadağan olunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qalmaqallı ifaçı videonu “YouTube” kanalında yayımlayıb.
Klipin premyerası 2003-cü ilin aprelində olub. Ancaq bir neçə gün ərzində onlara bunu nümayiş etdirmək qadağan edilib və müğənni bütün bu müddət ərzində bunu şəxsi arxivində saxlayıb.
Sənətçi videoda ABŞ-ın İraqa qarşı 2003-cü ilin martında Səddam Hüseyn hökumətini devirmək üçün başlatdığı hərbi əməliyyatı gündəmə gətirdiyi üçün klip qadağan edilib. Orada o, şiddətli səhnələr göstərib.
Belə ki, Madonna öz videosunda ilk olaraq ordu temalı kostyumlar geyinmiş modellərlə podiuma çıxıb. Amma sonra ekranda yaralı əsgərlər, qorxmuş uşaqlar, müharibə qurbanları görünməyə başlayır. Videonun sonunda ifaçının özü zirehli maşınla səhnəyə çıxır və tamaşaçı zalına qumbara atır.