“Qala” qrupu 60-cı illərə qayıdıb
Qala qrupu Ədalət Şükürovla sayca ikinci duetini təqdim etməyə hazırlaşır.
Sözügedən duetə artıq klip də çəkilib. Bu barədə Lent.az-a qrupun üzvü Ceyhun Əliyev məlumat verib: “Bildiyiniz kimi, bizim bədii rəhbərimiz Ədalət Şükürovdur. Elə ilk dəfə də onunla duet oxumuşuq. Mahnının musiqisini özüm bəstələmişəm. Sözləri isə həvəskar şair Azər Şirinə məxsusdur”.
Qrupun üzvünün xəbərinə görə, mahnının klipi maraqlı alınıb: “Bu klipdə də mahnıya uyğun olaraq, sanki 60-cı illərə qayıtmışıq. Klip fotoşəkillərdən ibarətdir. Ağ və qara rənglər insanları bugünkü gündən ayıraraq keçmişə aparacaq”.
Ceyhun qrupun hazırda disk üzərində işlədiyini də məlumat verib: “Lakin təqdimat bir qədər gec olacaq. Çünki gələn il diski təhvil etməyi planlaşdırırıq”.
Lalə Yusifqızı

Oxşar yazılar

Ben Afflek və Cennifer Lopez mülklərini bölüşdürə bilmirlər - QALMAQAL
30 aprel 2025 , 18:56
Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14