Nuranın ad günündə Aygünlə Natəvanın üstündə dava düşdü - EKSKLÜZİV
16 aprel 2009 14:00 (UTC +04:00)

Nuranın ad günündə Aygünlə Natəvanın üstündə dava düşdü - EKSKLÜZİV

Müğənni Nura Surinin ad günündə şou-biznesin tanınmışları arasında növbəti qalmaqal yaşanıb. Etibarlı mənbədən Lent.az-a daxil olan məlumata görə, aprelin 15-də “Elbara” restoranında müğənni Nura Suri ad gününü qeyd edib. Gecəyə dəvət olunanlar arasında Natəvan Həbibinin sponsoru Zöhrab Ağayev ilə Aygün Kazımovanın sponsoru olan “Crem-21” şirkətinin rəhbəri Fadal Bazi arasında insident yaşanıb.

Gecəboyu bir masa arxasında oturan Zöhrab Ağayev Fadal Baziyə Aygünə sponsorluq etməməsini məsləhət görüb. Natəvanın prodüseri Fadala Aygnünün yaşlı olduğunu deyərək, Natəvanın daha gənc və perspketivli olmasına inandırmağa çağırıb.

Fadal Zöhrabın sözlərindən narahat olaraq məkanı tərk edib, yalnız qonaqların təkidi ilə Zöhrab məclisi tərk etdikdən sonra geri qayıdıb.

Qeyd edək ki, ad gününə dəvətli olan Aygün Kazımova tədbirdə iştirak etməyib.

Xalidə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar