Türkiyəyə ərə getmək İradəyə baha başa gəldi!
Müğənni ötən şənbə günü İstanbula gedib
Aprelin 5-də qız toyu olan müğənni İradə İbrahimova ötən şənbə Türkiyəyə yola düşüb. Xəbər verdiyimiz kimi, aprelin 19-da müğənninin oğlan toyu keçiriləcək. Türkiyəyə ərə getmək müğənniyə hərtərəfli baha başa gəlib. Belə ki, toydan sonra İstanbuldakı evində yaşayacaq müğənni adət-ənənəyə uyğun olaraq özü ilə Türkiyəyə cehiz aparıb. Digər tərəfdən isə Bakıdakı bir çox işləri yarımçıq qalıb.
Müğənninin mətbuat katibi Zəminə xanımın Show.az-a verdiyi məlumata görə, oğlan toyunda İradə İbrahimovanın ailə üzvləri və yaxın qohum-əqrəbası da iştirak edəcək. Toydan sonra həyat yoldaşı Ceyhunla bal ayına çıxacaq müğənni gedəcəyi ölkənin adını bilmir. Bunu ona həyat yoldaşı sürpriz edəcək.
Mətbuat katibi əməkdaşımızla söhbət zamanı onu da bildirib ki, İstanbulda yaşamağı düşünən müğənni yaradıcılıq planlarını axsatmayacaq. Belə ki, müğənninin hazırlıq prosesində olan albomu, klip çəkilişləri yaxın aylarda reallaşacaq. İradə öz işlərini həyata keçirmək üçün mayda Bakıya gələcək.

Oxşar yazılar

Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18
Teoman bu şəklin pərdəarxasını açıqladı
28 aprel 2025 , 11:10Bred Pitt özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi
26 aprel 2025 , 17:40
Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ
26 aprel 2025 , 06:47
Faytonçu Nazim suçiçəyi oldu? - AÇIQLAMA
25 aprel 2025 , 15:21