Ülvi Qılınc: “Xumarın səsi quş səsidir, Gülüstan isə əsl sərpayıdır” – MÜSAHİBƏ
Opera və Balet Teatrının solisti Ülvi Qılınc estrada səhnəsinin boşluğundan şikayətlənir. Müğənni Lent.az-a müsahibəsində bu boşluğun uzun zamandan mövcud olduğunu, şou-biznesdə isə bu boşluğun bolluqla əvəz olunduğunu iddia etdi. Ülvi Qılınc şou-biznesi konkret olaraq tarixdə mövcud olmuş lut tayfasına bənzətdi.
- Son zamanlar estrada səhnəsinə meyl etməyiniz açıq-aydın müşahidə olunur.
- Yaxşı araşdırsaq, Uitni Hyuston operadan gəlib. Əgər bir insan opera oxuyursa, o, sırf opera oxumalı deyil, oxuyandırsa, səsi varsa, bir az yumşaq, maraqlı oxuya bilər. Amma özünə uyğun estrada oxuyar. Estradada səs olmalıdır. Müğənni musiqinin icrasını bilməlidir.
- Estrada səhnə deməkdir. Bugünkü səhnə dinamika, estetika, hərəkət istəyir.
- Selin Dion dünyaca məşhurdur. Məgər o səhnədə artıq hərəkət, şouları ilə tanınıb? Səsin gücündə hərəkət olmalıdır. Uitni Hyustonun ehtiyacı varmı silkələnsin ki, onu qəbul edələr? Müğənni səhnədə neyniyir, bu mənə tamaşaçı kimi maraqlı deyil!
Mən onun bədəninə, gözəlliyinə baxmıram. Bir də musiqidən kənar bir insanın “mən musiqinin super bilicisiyəm” deməsi mən gülünc gəlir. Gülməlidir. Oxumağı bilmirlər! Klounluq etmək istəyirlərsə, klounluq da böyük sənətdir, onu da bacarmaq asan iş deyil.
Estrada səhnəsində bircə Teymur Əmrahın adını çəkmək olar.
- Bizim estrada səhnəsinin kifayət qədər tanınan, populyar adları var - Brilliant Dadaşova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva... Siz isə təkcə Teymur Əmrahın adını çəkdiniz. Onlar xalq aristi adına layiq görülüblər.
- Xalq aristidir, lap yaxşı... Səs tamam başqa şeydir.
- Yəni demək istəyirsiniz, onlar estrada səhnəsində vokal imkanına malik deyillər?
- Gülməlidi. Teymur Əmrahla onları müqayisə etmək...
- Demək, səhnə boş olduğuna görə Ülvi Qılınc yardım etmək qərarına gəlib.
- Bizim səhnə çoxdan boşdur. Uzun müddətdir insanlar səsdən uzaqdırlar. Kompyuter səsləri var, gülməli gündəmlər var. Bu insanlar toydan o tərəfə çıxa bilmirlər. Nədənsə sinələrinə döyən müğənnilər, “mən belə oxumuşam, belə konsertlər vermişəm” deyən müğənnilər ölkədən bir addım kənara çıxa bilmirlər. Niyə?!... Bunların qarşısını alan onların həddən artıq diapazona malik olmalarıdır, yoxsa özlərini həddən artıq şahanə müğənni hesab etmələri?!. Onlar ölkədən kənara çıxmaq bir yana, heç Bakıdan kənara çıxa bilmirlər.
-Xatırladım ki, Brilliant Dadaşova artıq Türkiyədə albom çıxarıb...
- Nəticə hanı? Mən görmürəm... Yeganə də “promoşn”dadır. Dövlət onu sənətçi kimi qəbul edəcəkmi? Bu hələ sual işarəsi altındadır... Mən də sabah klip çəkdirib, Türkiyəyə göndərə bilərəm, bu o demək deyil ki, mən orada qəbul olundum...
- Bizim qəbul olunan müğənnimiz yoxdur?
- Niyə, Zeynəb Xanlarovanı bütün dünya tanıyır. Rəşid Behbudovu bütün Şərq dünyası qəbul edir.
- Mən hazırki estradadan danışdığımıza görə sualı konkretləşdirmədim. Bəs estrada səhnəsinin özünü rəqibsiz kişi müğənnisi hesab edən Faiq Ağayevi də bəyənmirsiniz?
- Pop janrında, bəli, rəqibi yoxdur. Estardada yox ha, pop janrında. Verdiyi konsertlərin sayına, bir də səhnədə hərəkətinə görə, razıyam.
- Sizin mübahisəsiz səs imkanlarınız var, buna görə də arxayın danışırsınız. Bəs sizi qısqanan, kənardan ağız büzən insanları görə bilirsiniz?
- Məni qısqanan da var, sırf mənim arxamca danışan, səhv yönləndirən insanlar da var. Bu yaxınlarda bir müğənni çıxıb dedi ki, Ülvi deyir ki, “sən səhnədə özünü apara bilmirsən”. Guya, mən hansısa müğənniyə “səhnədə özünü apara bilmirsən”, demişəm. Mənə maraqlı deyil onların davranışı. O mənim işim deyil, mən səhnə mədəniyyəti ilə məşğul olmuram.
- Müşahidələr göstərir ki, özünə və sənətinə arxayın olan ifaçının bir qədər arxalı, statuslu müğənni haqqında cəsarətli fikir işlətməsi sonunda böyük fəsadlara səbəb olur. Misal üçün, efir həmin müğənninin üzünə bağlanar, hədə-qorxu ilə üzləşə bilər...
- Mənə kim nə edər bilər? Tək Allah insana cəza verə bilər. Qalanları da mənim kimi yaradılmış varlıqlardır. Heç kim heç nə edə bilməz tək Allahdan başqa . Allah nə istəyirsə, o olar. Bu gülməli olar. Pisliyin sonu yoxdur. Lap tutaq ki, məni kanaldan uzaqlaşdırdılar, sabah qismətimdə varsa, dünyanın ən aparıcı kanalında görünə bilərəm. Allaha şükür, hələ indiyə qədər heç bir kanaldan qadağa görməmişəm. Çünki mən səhnədə özümü apara bilən insanam. Heç vaxt boş söz danışmıram. Məni bu gün yerimdən heç kim tərpədə bilməz.
- Açıqlamalarınızdan sonra sizə heç sərt etiraz gəlməyib?..
- Mən tam səmimi deyirəm, məni, türklər demiş, doğal qəbul edirlər. Dəyişmirəm, nə də maska gəzdirmirəm. İnsanın şəxsi həyatı var, heç vaxt onların yaşam tərzi haqqında heç nə deyə bilmərəm. Bun onların öz işləridir. Amma belə... düz sözü deyərlər də...
İnsanların qəlbini qırmaq üçün yox, bəzi qüsurların düzəlməsinə kömək etmək üçün.
- Azərbaycan səhnəsində boy-buxunlu, yaxşı xarici görünüşü və səsi imkanı olan, necə deyərlər, “üçü birində” müğənni azdır. Sizdə bu var, bunun müsbət və mənfi tərəflərini görə bilmisiniz?
-Təbii ki, qısqanan, gözü götürməyən azdır. Bunun özü də qıcıq yaradır. Təbiidir.
-Sənətdə ən yaxın olduğunuz sənətçi İlhamə Quliyevadır. Bu dostluq necə yarandı?
- Mən onunla 2004-cü ildən dostluq edirəm. Mənim İlhamə Quliyeva ilə dostluğum tamam başqa dostluqdur. Yəni ailə dostluğudur.
- Sənət aləmində başqa dostunuz var?
- Xumar Qədimova.
- Musiqi biliciləri Xumar Qədimovanın sənətini və onun oxuduğu janrı “Azərbaycan musiqisinə yad janrdır” deyərək qəbul etmək istəmirlər. Siz necə düşünürsünüz?
- Xumar Qədimovanın səsi quş səsidir. Mən onu quş cəh-cəhinə bənzədirəm. İran musiqisinin ecazkar səsi Ququşla bərabər sayıram. Onun Türkiyədə verdiyi konsert, türk müğənnisi Kübariyə ilə duet göz qabağındadır. Xumarın səsində başqa bir şey var.
- Gülüstan Əliyevanın Sizi məzəmmət etməsini necə qarşıladınız?
- Gülüstan Əliyeva o açıqlamanı verəndə həmin an Bakı toylarında olan əsl sərpayılar ağlıma gəldi. Sərpayı bilirsiniz nədir? Qadın toylarını idarə edən, “burda oturma orada otur, bunu yemə onu ye, hələ oynama” deyir, bu kimi tapşırıqlar verir. Yeri gəlsə, Gülüstan Əliyevanın özü mən kimi tənqid etmişəmsə, mənimlə razılaşıb.
- Yəni, mətbuata verdiyiniz açıqlamalarla həmfikir idi?
- Bəli, bəli. Düzü, mən o sözü Gülüstan Əliyevadan gözləməzdim. Mənə həmfikir insanın elə danışmağı... Açıq deyirəm, Allahdan başqa qorxum yoxdur.
Lalə Yusifqızı

2759