Əməkdar artist Tünzalə Əliyeva yeni mövsümdə aparıcı kimi tamaşaçıların qarşısına keçəcək.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, "Toppuş bacı" ləqəbli aktrisa ARB-də çalışacaq. Hazırda sənətçi yeni layihəsi üzərində çalışır.
Qeyd edək ki, T.Əliyeva bundan əvvəl "Space" kanalında səhər verilişinə aparıcılıq edirdi. Xərçəngdən əziyyət çəkən aktrisa xəstəliyi ağırlaşandan sonra işindən uzaqlaşıb.
Bir müddət əvvəl ARB-də verilişlərin birində qonaq olarkən "Toppuş bacı" deyib ki, arıqladıqdan sonra film, aparıcılıq təklifləri azalıb.