Müğənni Xatun Əliyeva özünə baxım sirrlərindən danışıb.
“Mtv Azərbaycan”a müsahibə verən ifaçı ilk dəfə Azərbaycanda qaş laminasiyasını özünün etdirdiyini bildirib:
“Məndən sonra sağ olsunlar, hamı etdirdi. Sonra da dedilər ki, guya birinci onlar ediblər. Yazıqlar olsun. Bunların əlindən bilmirəm hara qaçım”.
Şəxsi həyatından da söz açan Xatun bir müddət əvvəl dediyi “Boşanmış kişi olsa, ərə gedərəm” fikrindən artıq daşındığını söyləyib:
“O qədər insan var ki, ümidsiz insanlara söz verirlər, heç onu etmirlər. Ona görə, mənim o sözümdən heç bir şey olmaz. O ki, qaldı ailə qurmağa, istəsəm qura bilərəm. Amma ən çətini qərar verməkdir. Yoxsa toy da etmək olar, subay bəy də tapmaq olar. Boşanmışlarda nəsə problem olur”.
(Axşam.az )