"Eurovision - 2011" müsabiqəsinin qalibi müğənni Nigar Camal sosial şəbəkədə yayımladığı çimərlik fotosu ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, sənətçi qırmızı bodi ilə hovuz kənarında poz verib.
Nigar paylaşımına "Yay - bu, günəşli xoşbəxtlik, gözəl əhval-ruhiyyə, depressiyanın sonu, gözəl günəş vannası və sonsuz xoşbəxtlik deməkdir" sözlərini qeyd edib.
Qeyd edək ki, Nigarın daha çox qırmızı çimərlik geyimlərinə üstünlük verməsi də diqqətdən qaçmayıb.(axşam.az)