"Ailəm dağılanda hamı şoka düşdü" - Elza Seyidcahan
25 may 2020 09:50 (UTC +04:00)

"Ailəm dağılanda hamı şoka düşdü" - Elza Seyidcahan

 

“Xalqın içində oluram. Məni duz kimi yalayıb, bağırlarına basırlar. Günü-gündən gözəlləşirəm, pöhrələnirəm”.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “X maqazin”ə açıqlamasında deyib.

Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

“Sosial şəbəkədə bəzi insanlar var ki, xalqın adından danışırlar. Orada özünə 50 profil açıb, ağzına gələni yazır. Onlar içlərində paxıllıq çəkirlər, üzdə isə hamıya gülürlər”.

Qadına şiddətdən bəhs edən Seyidcahan keçmiş həyat yoldaşını xatırlayıb:

“Həyatımda heç zaman şiddətə məruz qalmamışam. Mehriban qadınam. Bu yaşıma çatmışam, amma həyat yoldaşım mənə hələ çırtma da vurmayıb. Əslində hər zaman düşünmüşəm ki, görəsən bir kişi necə ola bilər ki, xanımı vursun? Bir dəfə ərim məni vurardı, bilərdim ki, vurmaq necə olur. Mənim ailəm dağılanda hamı şoka düşdü ki, bunların ailələri mehriban ola-ola, necə oldu ayrılmaq qərarına gəldilər? Çünki mən elə bir insanam ki, hər şeyi ört-basdır edirəm. Nələrinsə üstündən keçib, bağışlaya bilirəm.

Gələcəyim qarşıdadır. Hələ ki mən sevilirəm. Hazırda biz koronavirusla mübarizə aparırıq. İndiki zamanda yenidən ailə qurmaq məsələsi aktual deyil, durğunluqdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8989
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07