Xırdalana gəlib keçmiş arvadını bıçaqladı
14 oktyabr 2022 09:24 (UTC +04:00)

Xırdalana gəlib keçmiş arvadını bıçaqladı

Abşeronda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri Mehdi Hüseyn küçəsində qeydə alınıb. 41 yaşlı Bakı sakini Əliyev Bəhruz Kamil oğlu qeyd olunan ünvanda keçmiş arvadı Əliyeva İlahə Əli qızının evinə gələrək onu bıçaqlayıb.

Məlumata görə, buna səbəb aralarındakı ailə-məişət münasibətləri olub.

Faktla bağlı cinayət işi başlanıb, B. Əliyev saxlanılıb.

# 3183
avatar

Mehman Nəbiyev

Oxşar yazılar