Keçmiş qadın məhkum hələ də ƏMƏLLƏRİNDƏN  əl çəkmir
21 sentyabr 2026 10:03 (UTC +04:00)

Keçmiş qadın məhkum hələ də ƏMƏLLƏRİNDƏN əl çəkmir

0

Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib. N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar