Oğul həbsdən çıxan atasını döyüb öldürdü
15 iyun 2024 18:11 (UTC +04:00)

Oğul həbsdən çıxan atasını döyüb öldürdü

İngiltərədə zorlamaya görə həbs olunan kişi öz oğlu tərəfindən döyülüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 71 yaşlı Uilyam Ro 13 il yatdığı həbsxanadan bu yaxınlarda azad edilib. Evə qayıdandan sonra oğlu Simona azğın cinayətləri haqqında danışmağa və qəzetdə özü haqqında xəbərlər oxumağa başlayıb. Eyni zamanda, Ro oğlunu qəzəbləndirərək əməllərinə gülüb və öyünüb.

Nəticədə Saymon atasını döyərək, başından, boynundan, gövdəsindən çoxsaylı xəsarətlər yetirib, 27 qabırğasını sındırıb.

Daha sonra cəsədi ədyalla örtüb və təcili yardım çağırıb. Saymon daha sonra polisə gedərək cinayəti etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6066
avatar

Oxşar yazılar