Mingəçevirdə DƏHŞƏT:   kişi arvadını öldürdü
21 iyun 2024 14:09 (UTC +04:00)

Mingəçevirdə DƏHŞƏT: kişi arvadını öldürdü

Mingəçevirdə qətl törədilib.

Lent.az xəbər verir ki, iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 25 yaşlı  Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Oxşar yazılar