Zaqatalada avtomobildə yanaraq ölən sürücünün FOTOSU  - YENİLƏNİB
23 avqust 2026 16:20 (UTC +04:00)

Zaqatalada avtomobildə yanaraq ölən sürücünün FOTOSU - YENİLƏNİB

3

Zaqatalada baş verən yol qəzasında yanaraq ölən sürücünün fotosu yayılıb. 

Lent.az 28 yaşlı Əfqan Mülkümovun fotosunu təqdim edir: 

***

22 avqust, 08:32

Zaqatalada “VAZ 21099” ağaca çırpılıb, sürücü sükan arxasında yanaraq ölüb.

Lent.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinə girişdən keçən hissəsində baş verib.

Belə ki, Yeni Suvagil sakini, 1998-ci il təvəllüdlü Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi “VAZ21099” markalı 62-BM-725 qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə yol kənarındakı ağaca çırpılıb.

Qəzadan sonra avtomobil yanmağa başlayıb. Sürücü Ə. Mülkümov sükan arxasında qəza zamanı aldığı ağır xəsarətlərdən və avtomobildə baş verən yanğından yanaraq ölüb.

Avtomobil Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ə. Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı müvafiq qrumlarda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 14042

Oxşar yazılar