Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.