"Land Rover"lə arvadını vurub öldürən kişi TUTULDU
25 mart 2022 10:51 (UTC +04:00)

"Land Rover"lə arvadını vurub öldürən kişi TUTULDU

Martın 24-də saat 14 radələrində 37 yaşlı Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 45 yaşlı Mehman Süleymanov idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.

Müdafiəçinin iştirakı ilə dindirilən zaman Mehman Süleymanov törətdiyi əməli etiraf edib. 

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5985
avatar

Mehman Nəbiyev

Oxşar yazılar