Şəmkirdə qətl törədilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
43 yaşlı Bayramov Ruslan Nizami oğlu güllələnərək qətlə yetirilib.
Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisəni törədən şəxs oradan qaçıb.