Vaqif Əliyev, saxlanılan şəxsan
26 mart 2022 10:30 (UTC +04:00)

Vaqif Əliyev, saxlanılan şəxsan

Evindən 4 kilodan çox MARİXUANA çıxdı - FOTO

0

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Vaqif Əliyev saxlanılıb. 

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və 29 qramdan artıq heroin aşkar edilərək götürülüb.
 
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb və V.Əliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1784

Oxşar yazılar