Gəncə şəhər Baş Polis İdarəsinə martın 23-də saat 23 radələrində şəhər sakini, 31 yaşlı Abbas Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhərin polis və prokurorluq orqanları əməkdaşları müvafiq tədbirlər keçirib.
Araşdırmalarla A.Əliyevi həmyerlisi, əvvəllər məhkum olunmuş E.Quliyevin bıçaqla qətlə yetirməsi müəyyən olunub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.