Bakıda saxta dollar ƏMƏLİYYATI:  1-i qadın 3 nəfər tutuldu - VİDEO
16 noyabr 2023 15:52 (UTC +04:00)

Bakıda saxta dollar ƏMƏLİYYATI: 1-i qadın 3 nəfər tutuldu - VİDEO

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Gülnarə Eynullayeva, 33 yaşlı Samir Fətullayev və 24 yaşlı Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 4335
avatar

Oxşar yazılar