Ələ keçirilən silah
28 mart 2022 10:24 (UTC +04:00)

Ələ keçirilən silah

Bakıda odlu silah satmaq istəyən saxlanıldı - VİDEO

Bakı sakinindən odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. İdarəyə paytaxt sakini əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bakıda silah satmaq istəyən saxlanılıb

# 1728
avatar

Mehman Nəbiyev

Oxşar yazılar