Rusiyanın Çita şəhərində azərbaycanlıya hökm oxunub.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, adı açıqlanmayan 38 yaşlı azərbaycanlıya 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını ciddi rejimli həbsxanada çəkəcəyi bildirilir.
Qeyd edək ki, həbs edilən azərbaycanlı Trans-Baykal vilayətində həmyaşıdı olan qadını oğurlamaqda ittiham olunur. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi (“Həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etmək hədəsi ilə adam oğurlamaq”) ilə cinayət işi açılıb.