Bir ay əvvəl Türkiyənin İstanbul şəhərində baş verən atışma ilə bağlı xəbər vermişdik.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, sözügedən atışmanın təfərrüatları məlum olub. Belə ki, əvvəlcə 7 gürcüstanlı və 11 azərbaycanlı kafeyə gəliblər. Azərbaycanlıların bir neçəsi gürcüstanlıların oturduğu stoldan bir nəfəri, Qaqa. B-nı söhbətə çağırmaq istəyiblər. Həmin Qaqa. B isə Gürcüstan polisi tərəfindən axtarışda olub.
Sonradan mübahisəyə çevrilən olay silahlı insidentlə nəticələnib. Atışma zamanı 6 nəfər yaralanıb. İnsidentdən sonra Qaqa. B yoxa çıxıb. Dərhal keçirilən əməliyyatlarla 7 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlarla Qaqa. B-nın Sabiha Gökçen hava limanı ilə Ermənistana qaçmaq istəməsi məlum olub.
Hava limanında Qaqa. B və onu ölkədən qaçırmağa kömək edən dostu Aleksandr. L saxlanılıb. Hər ikisi istintaqa təhvil verilib. Lakin Qaqa. B ifadə verməkdən boyun qaçırıb.
Araşdırmalar davam edir.