Bakıda yaşayış binasında YANĞIN
21 oktyabr 2026 09:13 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN

0

Bakıda binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb. 

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar